Twitxy Saved

Meydan TV

@MeydanTV

Alternativ və Azad Media Kanalı - Online media TV
Whatsapp: +4915777662277 meydan.tv Joined April 2013
1 Following 22K Followers 5.8K Posts

Latest posts 5

Meydan TV @MeydanTV
İlham Əliyevin “X” hesabındakı 2010–2011-ci illərə aid köhnə paylaşımların keçidləri kiberhücum nəticəsində müxalifətçilərin və etiraz aksiyalarının videolarına yönləndirilib. Prezidentin Mətbuat Xidməti hücumu təsdiqləyərək araşdırma aparıldığını bildirib.
3 replies 4 reposts 18 likes 937 views View on X
Meydan TV @MeydanTV
“Meydan TV işi” üzrə həbsdə olan baş redaktor Aynur Elgünəşin ağır böyrək əməliyyatından cəmi 1 gün sonra Kürdəxanı təcridxanasına qaytarılması planlaşdırılır. Vəkili Zibeydə Sadıqova onun həkim nəzarətinə ehtiyacı olduğunu, yaxınları ilə görüşünə icazə verilmədiyini bildirib.
2 replies 6 reposts 21 likes 348 views View on X
Meydan TV @MeydanTV
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Şəmşad Ağanın öd kisəsində 9-10 mm daş aşkarlanıb və kəskin ağrıları var. Ailəsi onun təcili əməliyyat olunmasını tələb edir. Penitensiar Xidmətdə onlara əməliyyatın yalnız ailənin öz hesabına edilə biləcəyi deyilib.
0 replies 7 reposts 16 likes 387 views View on X
Meydan TV @MeydanTV
AXCP-nin Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubov 30 sutka inzibati həbs edilib. Partiyanın məlumatına görə, o, sosial şəbəkədəki tənqidi paylaşımlarına görə İXM-in 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib. Konkret hansı paylaşımına görə cəzalandırıldığı bəlli deyil.
1 replies 3 reposts 21 likes 385 views View on X
Meydan TV @MeydanTV
Biznesmen Emin Ağalarov Afrikanın Esvatini Krallığında kral ailəsi üzvü şahzadə Majaha ilə tərəfdaşlıq çərçivəsində 60 lüks villadan ibarət “Sky Breeze” kompleksi tikməyi planlaşdırır. Layihənin onun bu ölkədəki $100 milyonluq investisiya planının hissəsi olduğu bildirilir.